Bakıda intihara cəhdin qarşısı alınıb

19:31 - 18 Mart 2021 - HADİSƏ

Bakıda intihara cəhdin qarşısı alınıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər xətti