Sumqayıtda "BMW X6" ilə avtoşluq edən sürücü həbs edildi - FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) tərəfindən şəhər ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Xıdırov Zaur Nəsib oğlu idarə etdiyi BMW markalı 90-TM-800 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib.

O, Heydər Əliyev prospekti boyunca təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını davamlı şəkildə pozub. Eyni zamanda əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaqla avtoxuliqanlıq edib. Onun bu əməlləri Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşları tərəfindən aşkar edilən zaman sürücü dərhal saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb.

Sürücü barəsində toplanılmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü Xıdırov Zaur Nəsib oğlu 15 gün müddətinə inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Tarix
12 Mart 2021 [20:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-12 20:28:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin