Bakıda avtomobil 63 yaşlı piyadanı vurdu

21:30 - 10 Mart 2021 - HADİSƏ

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 63 yaşlı Həsənov Həsən Balaəşrəf oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.///report

Xəbər xətti