Astarada əmioğlular arasında dava düşüb, ölən və yaralanan var

21:20 - 10 Mart 2021 - HADİSƏ

Astara rayonunda əmioğlular arasında dava olub.

“Report”un verdiyi xəbərə görə, hadisə rayonun Şəmətük kəndində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayevlə əmisi oğlu, 1994-cü il təvəllüdlü Amil Qəyyum oğlu Ağayev arasında şəxsi münasibətlər zəminində münaqişə əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə, hər iki şəxs bir-birinə bıçaqla xəsarət yetiriblər. Amil Ağayevin vurduğu bıçaq zərbəsi Musa Ağayevin ürək nahiyəsinə dəyib. O, hadisə yerində keçinib.

A.Ağayev isə ayaq nahiyəsindən bıçaq yarası alıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti