29 yaşlı tibb bacısı motosiklet qəzasında öldü - FOTO

19:20 - 10 Mart 2021 - HADİSƏ

Koronaviruslu xəstələr üçün nəzərdə tutulan xəstəxanada tibb bacısı işləyən 29 yaşlı qız yol qəzasına düşüb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, 8 il əvvəl sevgilisini avtomobil qəzasında itirən 29 yaşlı tibb bacısı motosiklet qəzası nəticəsində ölüb.

İngiltərədə yaşayan Chelsea Hobbs motosikletinin aşması nəticəsində ağır bədən xəsarəti alıb. O, dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, o, sevgilisi avtomobil qəzasında öldükdən sonra tibb bacısı kimi işləməyə qərar verib.


Xəbər xətti