Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 60 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və yaxınlıqda 3 ədəd şam ağacı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.