Ucarda yük avtomobilləri toqquşub - Foto

00:36 - 10 Mart 2021 - HADİSƏ

Ucar rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax-Yevlax avtomobil yolunun Ucarın Bərguşad kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Fərid Pənahlının idarə etdiyi “KaMAZ” markalı yük avtomobili ilə 1959-cu il təvəllüdlü Ayaz Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “KaMAZ” aşıb. Qəza zamanı xəsarət alan olmayıb.

Fakta bağlı araşdırma aparılır.///report


Xəbər xətti