Goranboyda qadın intihara cəhd göstərdi

22:35 - 9 Mart 2021 - HADİSƏ

Goranboy rayonunda qadın ailə münaqişəsi səbəbindən dərman içərək özünü zəhərləyib.

"Report"un məlumatına görə, hadisə Safıkürd kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü G.Əliyeva 30-a yaxın dərman preparatını qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti