Ağsuda ev yanıb

21:40 - 9 Mart 2021 - HADİSƏ

Ağsu rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan tavan 38 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti