Bakıda intihar edən yeniyetmə qızların kimliyi bilindi (YENİLƏNİB)

18:36 - 9 Mart 2021 - HADİSƏ

Bakıda intihar edən iki yeniyetmə qızın kimliyi məlum olub. 

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, intihar edənlər Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızıdır. 

Qeyd edilib ki, hər ikisi 2004-cü il təvəllüdlüdür və Qobu qeydiyyatındadır.

17:15

Bakıda dəhşətli hadisə baş verib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Hazırda ölənlərin kimliyi araşdırılır.///Apa

Xəbər xətti