Qaxda yaşayış evi yanıb

16:19 - 9 Mart 2021 - HADİSƏ

Qax rayonunda yaşayış evində yanğın olub.

"Report"un məlumatına görə, hadisə rayonun Qum kəndində baş verib.

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Azər Qönçə oğlu Qönçəyevə məxsus ümumi sahəsi 90 m² olan birmərtəbəli - dörd otaq və bir mətbəxdən ibarət olan ev anidən alovlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hadisə zamanı evin 2 otağının dam və tavan örtüyündə yanıb, digər üç otaq yanğından mühafizə olunub, ev əşyalarının bir hissəsi isə yanaraq yararsız hala düşüb.

Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti