Karantin sərtləşdirilir: Operativ Qərargahın brifinqinin vaxtı məlum oldu

Azərbaycanda koronavirus infeksiyasının son günlər artması səbəbindən xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi gözlənilir.

Ucnoqta.az xəbər verir ki, Pravda.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın günlərdə qərar verəcək.

Qərargahın brifinqi martın 13-nə təyin edilib. Brifinqdə yeni qərarlar açıqlanacaq.
Məlumata görə, məhdudiyyətlər daha çox martın 20-28-də qeyri-iş günlərini əhatə edə bilər. Belə ki, həmin günlərdə Bakı şəhəri daxil olmaqla, virusun geniş yayıldığı şəhər və rayonlarda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılması nəzərdə tutulur.

Qeyd: Son günlər ölkəmizdə koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur və yoluxma sağalmanı üstələyib.

Tarix
5 Mart 2021 [09:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-05 09:08:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin