Gəncədə beşotaqlı evdə yanğın olub

20:54 - 3 Mart 2021 - HADİSƏ

Gəncə şəhərinin Nizami rayonunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli beşotaqlı evin üç otağının yanar konstruksiyaları və dam örtüyü 71 m² sahədə, digər otağının tavanı 16 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti