Ağdamda idarə rəisi minaya düşüb

16:28 - 3 Mart 2021 - HADİSƏ

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi 1967-ci il təvəllüdlü Hafiz Səlim oğlu Əzimzadə rayon ərazisində minaya düşüb.

Bu barədə Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, minaya düşən H.Əzimzadə ağır yaralanıb:
“Hazırda o, Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ola bilsin ki, Bakıda yerləşən xəstəxanalarının birinə gətirilsin”.

 

Xəbər xətti