Gəncədə avtomobilləri cızan şəxs tutuldu

12:36 - 3 Mart 2021 - HADİSƏ

Martın 2-də Gəncə şəhəri ərazisində şəhər sakini E.Abdullayevə məxsus “Mercedes” markalı avtomobilin qəsdən cızılaraq sahibinə maddi ziyan vurulması barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini E.Kərimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun Gəncə şəhər sakinləri - A.Hüseynova və S.İsmayılova məxsus “Toyota” və “KİA” markalı avtomobillərə ziyan vurması da müəyyən edilib.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti