Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN

12:07 - 1 Mart 2021 - ÖLKƏ İÇİ

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DIN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Qubadlı rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.


Xəbər xətti