Gecə saatlarında iki avtomobil yanıb

09:21 - 27 Fevral 2021 - HADİSƏ

Bakıda və Gəncədə avtomobillər yanıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, paytaxtın Nizami rayonunda ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin içərisində 20 m² sahəyə yığılan avtomobil ehtiyat hissələri yanıb, yüksək temperaturdan orada təmirə dayanan "Honda" markalı minik avtomobilinin ön hissəsi əriyib. Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Gəncənin Kəpəz rayonunda isə "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb, yüksək temperaturdan ön şüşəsi və idarəetmə lövhəsi qismən əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti