Bakıda sexdən 5400 manatlıq oğurluq olub

13:00 - 24 Fevral 2021 - HADİSƏ

Bakıda sexdəm oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki qapı-pəncərə sexlərindən birinin qarşısından 5400 manat dəyərində aliminum profillər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Cəlilov və əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan heroin götürülüb.

Xəbər xətti