Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib, nəticədə 7 nəfər xəsarət alıb.
Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə DSK yolu kimi tanınan ərazidə qeydə alınıb.
Yolun buz bağlaması 4 avtomobilin toqquşmasına səbəb olub. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.