Bakıda yataqxanada yanğın başlayıb- Foto

09:43 - 24 Fevral 2021 - HADİSƏ

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.
Yanğın binanın dam örtüyündə baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Xəbər xətti