Qiymətli qaşın ölkə ərazisinə daxil olmasının qarşısı alınıb - VİDEO

17:41 - 23 Fevral 2021 - HADİSƏ

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşın qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda - şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilyant qaşlar aşkar olunub.

Aşkar olunan brilyant qaşların təxmini ümumi kütləsi 4500 karat (948 qram) təşkil edir.

 

Xəbər xətti