Daşkəsəndə 31 yaşlı kişi özünü asıb

13:16 - 22 Fevral 2021 - HADİSƏ

Daşkəsən rayonuda yerli sakin özünü asaraq intihar edib.

Hadisə rayonun Pirverdilər kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1990-cı il təvəllüdlü F.Həsənov yaşadığı evdə özünü asıb.

Onun hansı səbəbdən intihar etməsi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti