Ötən il yol təsərrüfatına 637 min manat ziyan dəyib

12:36 - 22 Fevral 2021 - HADİSƏ

2020-ci ildə Bakıda 75, Respublika ərazisində 429 olmaqla, ümumilikdə yol qurğu elementlərinə ziyan dəymiş 504 yol nəqliyyat hadisəsi baş verib.

Bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, nəticədə 7858 əyri xətli tirlər, 80 pm mühafizə çəpərləri, 32 işıq dirəyi,19 yol nişanı, 43 m körpü muəhəccəri, 1 sərnişin dayanacağı, 9 səs boğucu, 3 informatik lövhə yararsız hala düşüb: "Umumilikdə yol təsərrüfatına 637047,16 manat məbləğində maddi ziyan dəyib. Bundan 431538,99 manatı (67,74 faizi) ödənilib".

Xəbər xətti