Sumqayıtda qadına qarşı zor tətbiq edən iki qardaş saxlanılıb

11:22 - 22 Fevral 2021 - HADİSƏ

Sumqayıtda qadına qarşı zor tətbiq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumatına görə, fevralın 20-də saat 17 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən parkda 2 nəfər bir qadına zor tətbiq edib pulqabısını alıblar.

Həmin vaxt ərazidə xidmət aparan Post-Patrul Xidməti əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində həmin şəxslər saxlanılmışlar.
Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri - Əmiraslanov qardaşları olmaları müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər xətti