Mingəçevirdə "VAZ-2107" və "Mercedes" toqquşub- xəsarət alan var

09:17 - 22 Fevral 2021 - HADİSƏ

Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub.

Hadisə şərti olaraq “Stansiya Mingəçevir” adlanan ərazidə qeydə alınıb. Belə ki, həmin ərazidə "VAZ-2107" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza zamanı "Mercedes" zərbənin təsirindən idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində xəsarət alanın olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti