Bakıda xəstəxanın qarşısında piyadanı avtomobil vurub

09:42 - 22 Fevral 2021 - HADİSƏ

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 5 nömrəli xəstəxananın qarşısında baş verib.

1963-cü il təvəllüdlü İmanova Aybəniz Cəlil qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti