Türkiyədə bələdiyyə sədrinin evi güllə atəşinə tutulub.
Axar.az xəbər verir ki, Çanaqqala şəhərinin Ezine rayon bələdiyyə sədri AKP-çi Güray Yükselin evi naməlum şəxs tərəfindən atəşə tutulub.
Şübhəli şəxs jandarma və polis qüvvələri tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə həmin şəxs sərbəst buraxılıb. Amma daimi olaraq nəzarət altında olacaq.