Gədəbəydə kişi güllələnib- TƏFƏRRÜATLAR

22:26 - 21 Fevral 2021 - HADİSƏ

Gədəbəydə baş verən hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Onun sözlərinə görə, kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov  tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

21:39

 

Gədəbəydə silahlı insident baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Yaralı əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər xətti