Bakıda ər-arvadı avtomobil vurub

22:12 - 20 Fevral 2021 - HADİSƏ

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

Hadisə Binəqədi rayonunda, “Mal bazarı” kimi tanınan ərazidə qeydə alınıb.

1952-ci il təvəllüdlü Xanlar Ağayev və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Elmira Ağayeva yolu keçərkən onların hər ikisini avtomobil vurub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.

Xəbər xətti