DİN-dən baş redaktorun döyülməsi ilə bağlı AÇIQLAMA

14:18 - 20 Fevral 2021 - HADİSƏ

Ötən gün axşam saatlarında “hakimiyyet.az” saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.

F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb.

Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.

Xəbər xətti