Nərimanov rayonunda iki min manatlıq velosipedlər oğurlanıb

16:04 - 19 Fevral 2021 - HADİSƏ

Nərimanov rayonunda iki min manatlıq velosipedlər oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, N.Həsənliyə və S.Həbibova məxsus, ümumi dəyəri 2 min manat olan velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum edilmiş M.Kazımov Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Xəbər xətti