Piyadanı vurub hadisə yerindən yayınan şəxs saxlanılıb

12:34 - 19 Fevral 2021 - HADİSƏ

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan naməlum şəxsin yeri müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, fevral ayının 15-də saat 08 radələrində Tərtər rayonunun Hüsənli kəndi ərazisində yolu keçmək istəyən piyadanın müəyyən edilməyən avtomobillə vurulması barədə RPŞ-yə məlumat daxil olub. Hal-hazırda piyadanın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücünün Müşviq Qasımov olduğu müəyyən edilib. O, yol qəzasını törətdiyi avtomobillə birlikdə saxlanılaraq Tərtər RPŞ-yə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

Xəbər xətti