Zaqatalada 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
APA-nın məlumatına görə, rayonun Yuxarı Tala kənd sakini 1966-cı il təvəllüdlü Natiq Cəfər oğlu Babayev kəllə-beyin travması ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub, vəziyyəti ağır qiymətləndirilir.
Müayinə zamanı N.Babayevin hündürlükdə iş görən zaman nərdivandan yıxılaraq xəsarət aldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.