Bakıda gözəllik salonundan 3 600 manatlıq oğurluq edildi

13:28 - 18 Fevral 2021 - HADİSƏ

Bakıda gözəllik salonunda oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki gözəllik salonlarının birindən 3 000 manat pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynli və Cəlilabad rayon sakini M.İsmayılov saxlanılıblar.

Xəbər xətti