Ağcabədidə "VAZ" yanıb

21:47 - 16 Fevral 2021 - HADİSƏ

Ağcabədi rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qiyaməddinli kəndində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti