Oğuz sakinini elektrik cərəyanı vuraraq öldürüb

14:32 - 16 Fevral 2021 - HADİSƏ

Oğuz sakinini elektrik cərəyanı vuraraq öldürüb

"Report"un məlumatına görə, hadisə rayonun Dəymədərə kəndində baş verib.

İlkin məlumata görə, Oğuz rayon Sincan kənd sakini Dəymədərə kəndi ərazisində elektrik dirəyinə çıxarkən onu yüksək gərginlikli elektrik cərəyanı vurub. Gənc oğlan hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Xəbər xətti