Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Məlumata görə, şəhərin Üzeyir Hacıbəyli küçəsində fərdi yaşayış evində yaşayan 45 yaşlı Paşayev Nəzər Aydın oğlu, onun həyat yoldaşı 41 yaşlı Mirişova Vüsalə İsmayıl qızı və övladları 7 yaşlı Xəzər və 10 yaşlı Vüsal dəm qazından zəhərləniblər.
Onlar dərhal xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.///qafqazinfo