Gəncədə qadın ərini bıçaqlayıb

08:22 - 16 Fevral 2021 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.1985-ci il təvəllüdlü Məmmədov Nicat çənə nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti