Qaxda ev yanaraq külə dönüb

22:04 - 15 Fevral 2021 - HADİSƏ

Qax rayonunda yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb.

Belə ki, Qaxbaş kənd sakini, 1959-cu il təvəllüdlü, Tamazaşvili Sosiko Restikoviçə məxsus ümumi sahəsi 112 kv/m olan kürsülü bir mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin ( FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti