Şəmkirdə qadını maşın vurub

21:35 - 15 Fevral 2021 - HADİSƏ

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

1961-ci il təvəllüdlü Rəfəngül Hüseynova yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti