Abşeronda avtomobil yolu keçən şəxsi vuraraq öldürdü

12:07 - 15 Fevral 2021 - HADİSƏ

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 14-də saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Bakı şəhər sakini S.İbrahimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti