Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

23:05 - 14 Fevral 2021 - HADİSƏ

Binəqədi-Novxanı yolunda ağır yol qəzası baş verib, bir nəfər dünyasını dəyişib.

Hadisə Novxanı qəsəbəsinin girişində qeydə alınıb.

Bakının Suraxanı rayon sakini İbrahimov Səyyad Alı oğlu idarə etdiyi 90-SP-847 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə hələlik şəxsiyyəti məlum olmayan kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit məhkəmə-tibb ekspertizasına təhvil verilib.///Apa

Xəbər xətti