Ağstafa sakini bıçaqlanıb

11:09 - 14 Fevral 2021 - HADİSƏ

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Qırılı  kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Abbasov İmran qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Naməlum şəraitdə bıçaqlanan xəstə dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti