Bakıda ev yanıb
09:29 - 14 Fevral 2021 - HADİSƏ
Bakı şəhərinin Sabunçu rayonunda ev yanıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.