Biləsuvarda naməlum avtomobil piyadanı vurub

21:13 - 13 Fevral 2021 - HADİSƏ

Biləsuvar rayonunda piyada xəsarət alıb.

Piyadanın vurulması ilə nəticələnən hadisə axşam saatlarında rayonun Nəsimikənd kəndində baş verib.
Hələlik kimliyi məlum olmayan şəxsin idarə etdiyi avtomobil 1985-ci il təvəllüdlü Rauf Sadıqovu vurub. Xəsarət alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti