"Bir rəfiqəm var, 20 ildir ailəlidir, hər gün yemək bişirir. Məndən soruşur ki, bunu necə bişirdin? Deyirəm, boşanmış qadınam, səndən yaxşı yemək edirəm. Səhnə adamıyam, hər gün ora-bura qaçıram, hərdən yemək edirəm".
Ucnoqta.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nigar Camal "10-da görüşək" proqramında deyib. Sənətçi mətbəxlə bağlı paylaşımlarından danışıb.
Nigar İnstaqramda kişilərin ona yazdıqlarından bəhs edib:
"Sosial şəbəkədə izləyicilərə sual verdim. Kişilərin hamısı yazdı ki, sənin yerində olmaq istəyirəm. Təəccübləndim, niyə? Mən qadınam, kişi qadın yerində olmaq istəyir? Qadınlar yazsaydı, qəbul edərdim. Amma kişilər niyə elə istəyir?
Həyatda pozitiv olmağı sevirəm. Hər zaman inanıram ki, sabahım bu günümdən daha yaxşı olacaq və olur da".
Qarderobundan söz açan Nigar "Brilyantları çox sevirəm. Bir də ayaqqabılarım mütləq brend olmalıdır. Pulumun çoxunu baxım vasitələrinə xərcləyirəm" deyə, bildirib.