Paytaxtın Səbail rayonunda avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a bildiriblər ki, fevralın 2-də A.Süleymanova məxsus "VAZ-2106" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş B.Məmmədov Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktla bağlı təhqiqat aparılır.