Bakıda avtomobil piyadanı vuraraq öldürüb

13:54 - 13 Fevral 2021 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, fevralın 13-də saat 1 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ə.Musayev vurulub və nəticvədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər xətti