Sumqayıt sakini dəm qazından boğulub

23:38 - 12 Fevral 2021 - HADİSƏ

Sumqayıtda 56 yaşlı qadın dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə şəhərin 29-cu məhəlləsində yerləşən yataqxanalardan birində qeydə alınıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Cəfərova Afərin Həsənqara qızı yaşadığı mənzildə dəm qazından boğulub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti