Bakıda 48 yaşlı qadını avtomobil vurub

09:03 - 11 Fevral 2021 - HADİSƏ

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Dadaşova Violetta Vyeçeslav qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının sınığı diaqnozu qoyulub.

Xəbər xətti